Teleaparıcı təyyarə qəzasında həlak oldu

Yeni Orleanın yerli xəbərlər aparıcısı Nensi Parker təyyarə qəzası nəticəsində həlak olub. Bu barədə NBC telekanalı məlumat yayıb.

RİA Novosti agentliyi xəbər verir ki, hadisə 53 yaşlı Parkerin mürəkkəb tryuklar etmiş pilot haqqında reportaj hazırladığı zaman baş verib. Jurnalistlə yanaşı, reportajın qəhrəmanı da həlak olub.