Türkiyənin Orduya Kömək Təşkilatı “British Steel” şirkətini satın alır

Türkiyənin Orduya Kömək Təşkilatı (OYAK) “British Steel” şirkətini satın alır.

May ayında iflasa uğramış “British Steel”i əldə etmək üçün OYAK-a məxsus olan Ataer Holdinq danışıqlar aparıb. OYAK-dan verilən məlumata görə, şirkətin bu ilin sonuna qədər təhvil alınması planlaşdırılıb.

Böyük Britaniyanın Biznes, energetika və sənaye strategiyası naziri Andrea Ledsom da verdiyi açıqlamada bu müqavilənin şirkətin gələcəyi üçün vacibliyini, beləliklə, səmərəli və bacarıqlı məşğulluğun qorunmasının təmin olunduğunu söyləyib.

“British Steel”, həmçinin 3000 nəfərin çalışdığı Skanthorp polad dəyirmanına sahibdir.

 

Aynurə Tağıyeva