Moskva aeroportlarında 40-dan çox reys təxirə salınıb və ya ləğv edilib

Şənbə günü Moskva aeroportlarında 31 reys təxirə salınıb və 12 reys ləğv edilib.

Bu barədə məlumatı RİA Novosti agentliyi "Яндекс.Расписание" xidmətinə istinadla yayıb.

Xidmətin məlumatına görə, yerli vaxtla saat 07:45-dək “Vnukovo” aeroportunda 6 reys təxirə salınıb, 2-si ləğv edilib. “Domodedovo” hava limanında isə 25 reys təxirə düşüb, daha 10 reys ləğv olunub.

Rusiya paytaxtının hava limanlarında yaranmış problemin səbəbləri barədə məlumat verilmir.