İran Xəzərdə hərbi təlimə başlayıb

Bu gün İran Xəzər dənizində "Davamlı təhlükəsizlik-98" hərbi təliminə başlayıb.


İRNA agentliyinin verdiyi məlumata görə, təlimlər 4 gün davam edəcək.


Təlimdə İran Hərbi Dəniz Qüvvələrinin gəmiləri və bölmələri iştirak edir. Təlim müddətində şərti düşmənin yerüstü, dəniz və hava hədəflərinin məhv edilməsini nəzərdə tutan əməliyyatlar icra olunacaq.