“Pəncə” antiterror əməliyyatı zamanı PKK-ya aid silah-sursat ələ keçirilib

Türkiyənin Silahlı Qüvvələri tərəfindən İraqın şimalında həyata keçirilən “Pəncə” antiterror əməliyyatı zamanı PKK terror təşkilatına aid silah-sursat ələ keçirilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, əməliyyat nəticəsində terrorçulara aid sığınacaqlarda 31 hava silahı, 4 partlayıcı maddə ələ keçirilib.

Günel Məlikova