Yağışla əlaqədar paytaxtdakı svetoforların işində problemlər yaranıb

Gecə saatlarında müşahidə edilən yağışla əlaqədar olaraq paytaxt ərazisindəki bəzi yol kəsişmələrindəki svetoforların işində problemlər yaranıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata gpörə, hazırda 9 küçə və prospekt kəsişməsində svetoforlar işləmir.

1.     H.Zərdabi küçəsi-A.Abbasov küçəsi

REKLAM

www.instagram.com
Daha ətraflı
 

2.     Azadlıq prospekti-N.Gəncəvi küçəsi

3.     28 may küçəsi-A.Puşkin küçəsi

4.     A.Puşkin-Ə.Xəqani küçəsi

5.     Azadlıq prospekti-Y.V.Çəmənzəminli küçəsi

6.     Azadlıq prospekti-M.Araz küçəsi

7.     M.K.Atatürk prospekti-M.Araz küçəsi

8.     Azadlıq prospekti-M.Mirqasımov küçəsi

9.     Ş.İ.Xətai prospekti-N.Quliyev küçəsi

Svetoforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır. Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.