KXDR-in yeni ballistik raketləri sınaqdan keçirdiyi ehtimal olunur

Şimali Koreyanın son üç ayda yeni ballistik raketləri sınaqdan keçirdiyi ehtimal olunur.

Məlumata əsasən, bunu Yaponiyanın Müdafiə naziri Takesi İvaya bildirib.

 
O bəyan edib ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) 2019-cu il may ayından avqustadək apardığı raket sınaqları zamanı yaxın məsafəli ballistik raketlərin üç yeni növündən istifadə edə bilər.

Xatırladaq ki, avqustda Pxenyan iri raketlərin işə salınması sisteminin uğurla sınaqdan keçdiyi barədə məlumat yaymışdı.