Bakının mərkəzindəki 130 yaşlı bina söküləcək

Paytaxtda yerləşən və 1889-cu ildə inşa olunan binanın sökülməsi barədə qərar verilib. Söküntüyə səbəb binanın qəzalı vəziyyətə olmasıdır. Hazırda qəzalı binada yaşayanailələrin köçürülməsi prosesi gedir.

Bakının mərkəzindəki 130 yaşlı bina söküləcək.

Söhbət Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150 ünvanında yerləşən qəzalı binadan gedir. Artıq qəzalı vəziyyətdə olan üçmərtəbəli binanın sökülməsinə hazırlıq işləri başlayıb. Bina 1889-cu ildə inşa olunub.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, qəzalı binadakı ailələrin köçürülməsi yekunlaşmaq üzrədir.

Binadakı ailələr Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən köçürülür.