Nikol Paşinyan öz “yerlisini” baş qərargah rəisi təyin etmək istəyir

Ermənistan ordusunda dəyişikliklər planlaşdırılır.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, hakimiyyət daxilindəki şəxslər Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisinin müavini Onik Qasparyanı Silahlı Qüvvələrin baş qərargah rəisi Artak Davtyanın yerinə təyin etmək istəyirlər. Artak Davtyanın isə Movses Hakopyanın yerinə Hərbi Nəzarət Xidmətinin rəisi vəzifəsinə aparılması planlaşdırlır. Bu vəzifə keçmişdə Ermənistan Prezidentinə tabe olub. Dəyişikliklərdən sonra isə Müdafiə Nazirliyinin tabeçiliyinə verilib. Bildirilir ki, Onik Qasparyan icevanlıdır və Müdafiə Nazirliyində belə narahatlıq var ki, Nikol Paşinyan hədəfə alınacağından ehtiyat etdiyi üçün öz “yerlisini” yüksək vəzifəyə təyin edir.