İmtahanlarda oğlanların ən yüksək nisbi sayı I ixtisas qrupunda qeydə alınıb

İmtahanlarda oğlanların ən yüksək nisbi sayı I ixtisas qrupunda (66,32 faiz), qızların ən yüksək nisbi sayı isə III ixtisas qrupunda (72,86 faiz) olub.

Bu, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı DİM-in elmi-statistik hesabatında yer alıb.

Hesabatda bildirilir ki, I qrup üzrə sənəd verənlərin 66,32 faizini oğlanlar, 33,68 faizini isə qızlar təşkil edib. Bu qrup üzrə sənəd verən abituriyentlərin 23 min 818 nəfəri ümumtəhsil məktəblərinin müvafiq dövr üçün məzunları, 12 nəfəri xarici ölkələrin vətəndaşları, 58 nəfəri ali təhsilli şəxslər, 838 nəfəri isə orta ixtisas məktəblərinin məzunları olub. II qrup üzrə sənəd verənlərin 63,74 faizi oğlanlar, 36,26 faizi isə qızlardır. Bu qrup üzrə sənəd verən abituriyentlərin 14072 nəfəri ümumtəhsil məktəblərinin builki məzunları, 6 nəfəri xarici ölkələrin vətəndaşları, 23 nəfəri ali təhsilli şəxslər, 826 nəfəri isə orta ixtisas məktəblərinin məzunları olub. III qrup üzrə sənəd verənlərin 27,14 faizini oğlanlar, 72,86 faizini isə qızlar təşkil edib. Bu qrup üzrə sənəd verən abituriyentlərin 15218 nəfəri ümumtəhsil məktəblərinin builki məzunları, 21 nəfəri xarici ölkələrin vətəndaşları, 112 nəfəri ali təhsilli şəxslər, 1089 nəfəri isə orta ixtisas məktəblərinin məzunlarıdır. IV qrup üzrə sənəd verənlərin 32,03 faizi oğlanlar, 67,97 faizi isə qızlardır. Abituriyentlərin 4286 nəfəri ümumtəhsil məktəblərinin builki məzunları, 5 nəfəri xarici ölkələrin vətəndaşları, 50 nəfəri ali təhsilli şəxslər, 169 nəfəri isə orta ixtisas məktəblərinin məzunları olub.