Xəzərsahili və düzən torpaqlarından səmərəli istifadə yolları araşdırılır
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanın Xəzərsahili və düzənlik torpaq-bitki örtüyünün təbii və antropogen deqradasiyası və ona qarşı mübarizə tədbirləri işlənir.
İnstitutdan bildirilib ki, ilkin mərhələdə Samur-Abşeron arası düzən torpaqların müxtəlif ekosistemlərdə təbii və antropogen deqradasiyası və torpaqlardan səmərəli istifadə yolları araşdırılıb.
Tədqiqatlar zamanı məlum olub ki, Xəzərsahili düzənliyin torpaq örtüyü şimaldan cənuba doğru digər analoji ərazilərdən fərqli olaraq daha çox təbii deqradasiyaya məruz qalır. Əksər hallarda ərazidə torpaqların bərpa olunması onlardan səmərəli istifadə istiqamətinə yönəlib. Ərazidə aridləşmə prosesi öz arealını şimal və qərb istiqamətə doğru genişləndirir.

