Səudiyyə kralı oğlunu energetika naziri təyin etdi

Səudiyyə Ərəbistanının yeni energetika, sənaye və mineral resurslar naziri vəzifəsinə kralın oğlu Abdel Əziz ben Salman Əl Saud təyin olunub.

Bu barədə “Al-Arabiya” telekanalı məlumat yayıb. 

 
Qeyd edilir ki, şahzadə bu vəzifədə Xaled əl-Falehi əvəz edəcək.

Şahzadə 2005-2017-ci illər ərzində neft nazirinin köməkçisi statusunda idi.

Kral Salmanın dördüncü oğlu  Abdel Əziz yeni təyinatına qədər energetika məsələləri üzrə dövlət naziri vəzifəsini icra edirdi.