BMT dini ərazilərlə bağlı plan hazırladı
BMT dini ərazilərin qorunması üçün fəaliyyət planı hazırlayıb.
Bu haqda BMT-nin baş katibi Antoniu Quterreş bildirib.
"Hamımız bilirik ki, dünyamızda antisemitizm, müsəlmanlara qarşı nifrət, xristianlara edilən hücumlar get-gedə artır. Bir daha bu hücumları qəti şəkildə pisləyirəm. Dini yerlər müharibə üçün deyil, ibadət üçün nəzərdə tutulmalıdır", - o deyib.
BMT-nin baş katibi qeyd edib ki, planın əsas məqsədi ibadət məkanların qorunmasında dövlətlərə dəstək olmaq üçün konkret tövsiyələr təklif edir./publika.az