Tramp Boltonun yerinə yeni namizədlə görüşüb

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə yeni köməkçi vəzifəsinə namizədlərin axtarışı çərçivəsində cümə günü ABŞ-ın girov məsələləri üzrə xüsusi nümayəndəsi Robert O ' Brayenlə söhbət edib. 

Bu barədə “The Washington Post” qəzeti mənbələrinə istinadən məlumat verib.

 
Qəzet bildirir ki, O' Brayeni həm Dövlət Departamenti, həm də Pentaqondakı həmkarları ilə yaxşı münasibətlərinə görə Vaşinqtonda  “təhlükəsiz seçim” hesab edirlər. 

“Vəzifəlilərin fikrincə, O ' Brayenin “nəzakətli davranışları” Trampın milli təhlükəsizlik üzrə sabiq məsləhətçisi Con Boltonun davranışı ilə ziddiyyət təşkil edəcək. Ağ Ev komanda oyunçusu istəyir”, - deyə qəzetin mənbələrindən biri bildirib.

“The Washington Post”  Boltonun yerinə digər namizədlər sırasında ABŞ-ın vitse-prezidenti Maykl Pensin milli təhlükəsizlik üzrə məsləhətçisi Kit Kelloq, ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Stiven Biqen və ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenelin də adı yer alır.