AFFA-nın inzibati binasında danışılmış oyunlarla bağlı görüş keçirilib

AFFA-nın inzibati binasında danışılmış oyunlarla bağlı görüş keçirilib.

İki gün davam edən görüşdə FIFA nümayəndəsi Stefane Eiçenberger, UEFA nümayəndəsi Massimilano Miçenzi, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli iştirak ediblər.

Azərbaycanın Gənclər və İdman Nazirliyinin nümayəndəsi, Hakimlər Komitəsinin, Peşəkar Futbol Liqasının əməkdaşları, hakimlər, hüquq-mühafizə orqanlarının, Topaz Premyer Liqası və Birinci Divizionda çıxış edən klubların nümayəndələrinin də qatıldığı görüşdə qonaqlar xüsusi təqdimatla çıxış edərək danışılmış oyunlar, onlarla mübarizə üsullarından danışıblar.

FIFA və UEFA nümayəndələri müvafiq olaraq təmsil etdikləri qurumların İntizam qaydalarında bu problemlə bağlı öz əksini tapmış müddəalar barədə məlumat verib, beynəlxalq təcrübədən nümunələr təqdim ediblər.