Taliblər İslamabadda ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi ilə görüşüblər

“Taliban” hərəkatının nümayəndə heyəti İslamabadda ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilxadla görüşüb.

Görüş oktyabrın 3-də baş tutub və bir saatdan çox davam edib. Mənbənin məlumatına görə, görüş rəsmi xarakter daşımayıb və tərəflər arasında etimad yaranmasına hədəflənib.

Qeyd edək ki, bu, ötən ay ABŞ Prezidenti Donald Trampın taliblərlə danışıqları dayandırmaq barədə qərarından sonra “Taliban” nümayəndələri və Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi nümayəndəsi arasında ilk görüş olub.

Həmçinin Pakistanın Xarici İşlər Nazirliyi “Taliban” nümayəndələrinin İslamabadda ölkənin xarici siyasət idarəsinin rəhbəri Şah Mahmud Qureyşi ilə görüşdüyünü və Əfqanıstanda sülh prosesinin bərpası məsələsini müzakirə etdiklərini bildirib.

Xatırladaq ki, 2018-ci ilin payız aylarında ABŞ “Taliban” hərəkatı ilə sülh danışıqlarına başlayıb. Rəsmi Kabil danışıqlardan kənarda qalıb və yalnız onun nəticələr barədə məlumatlandırılıb. Danışıqların 9 raundunun nəticələrinə əsasən, Zalmay Xəlilzad sülh barədə sazişdə irəliləyişin əldə olunduğunu bildirib. Tərəflər dörd əsas mövzu - sayı 5 min nəfərdən çox olan ABŞ qoşunlarının Əfqanıstandan tam çıxarılması və ölkə ərazisinin ABŞ və digər ölkələrə hücum üçün istifadə olunmayacağına dair zəmanət zəmanət, həmçinin ümumi atəşkəs və Əfqanıstandakı qüvvələr arasında dialoqun keçirilməsi məsələləri barədə razılığa gəlib. Lakin sonradan ABŞ Prezidenti Donald Tramp Əfqanıstanlı həmkarı Əşrəf Qani ilə “Taliban” liderləri arasında Kemp-Deviddəki iqamətgahında gizlin hazırlanan görüşün ləğv olunduğunu elan edib. Bundan sonra danışıqlar dayandırılıb.