Dünya fond bazarlarında əsas indeks göstəriciləri enib

Oktyabrın 8-də Amerika fond bazarında Dow Jones indeksi 1,19% – 26 164,04 bəndədək, S&P 500 1,56% – 2 893,06 bəndədək, Nasdaq isə 1,67% – 7 823,78 bəndədək enib.

 Avropa fond bazarlarında oktyabrın 8-də FTSE 100 indeksi 0,76% – 7 143,15 bəndədək, Almaniya DAX-ı 1,05% – 11 970,20 bəndədək, Fransa CAC-40 isə 1,18% – 5 456,62 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,28% artaraq 1 511,2 dollara bərabər olub.

 
Oktyabrın 8-də dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,16% azalaraq 1,095 dollar təşkil edib.