Maradona meydanda özünə taxt qurdu

"Ximnasiya və Esqrima"nın baş məşqçisi Dieqo Maradona yenə maraqlı addımı ilə diqqət çəkib.

Dünya futbolunun canlı əfsanəsi Argentina çempionatının 11-ci turunda "Nyuells Old Boys"la ev oyunu zamanı məşqçilər korpusu üçün ayrılmış skamyada yox, taxtda əyləşib. Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki,  Maradona "Ximnasiya və Esqrima"nı sentyabrdan çalışdırır. Onun komandası 11 turdan sonra 7 xalla 24 komanda arasında 23-cü yeri tutur.