Astana prosesi çərçivəsində Suriya mövzusu üzrə növbəti görüş iyulda olacaq

Qazaxıstanın Nur-Sultan şəhərində Astana prosesi çərçivəsində Suriya mövzusu üzrə 12-ci yüksək səviyyəli beynəlxalq görüş keçirilib.

İkigünlük görüş zamanı qarant ölkələr - Türkiyə, Rusiya və İran arasında ikitərəfli və üçtərəfli danışıqlar aparılıb. Həmçinin müşahidəçi ölkələrin nümayəndələri ilə də görüşlər keçirilib.

Görüşün yekun bəyanatında qarant ölkələr Holan yüksəklikləri üzərində İsrailin suverenliyinin tanınması ilə bağlı ABŞ rəhbərliyinin qərarını pisləyərək beynəlxalq hüquq normalarının kobud şəkildə pozulduğunu qeyd ediblər.

Astana formatında müşahidəçi ölkələrin sayının artırılması məsələsini müzakirə edilib, İraq və Livanı növbəti danışıqlara dəvət etmək barədə razılığa gəlinib. Tərəflər İdbil deskalasiya bölgəsində gərginliyin azaldılması üzrə konkret tədbirlər görülməsini və aradan qaldırılmasını zəruri hesab ediblər.

Suriya mövzusu üzrə Astana formatında növbəti görüşün bu ilin iyulunda Nur—Sultanda keçirilməsi qərara alınıb.

İlahə Əhmədova