İstanbulda bələdiyyə seçkiləri ilə bağlı son qərar mayın əvvəlində veriləcək

Martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə bağlı ölkənin hakim Ədalət və İnkişaf Partiyası tərəfindən ölkənin Ali Seçki Komissiyasına İstanbul seçimlərinə etiraz olaraq göndərdiyi məktubla bağlı son qərarın mayın 3-də veriləcəyi gözlənilir.

Seçkilərə etiraz olaraq yeni qərarlar verilib. Bu qərarlarda İstanbulun bəzi rayonları üzrə səslərin yenidən sayılması nəzərdə tutulub. Yenidən sayıma dair qərar aidiyyəti rayonlara aprelin 29-da göndəriləcək və tamamlanması üçün 5 gün möhlət veriləcək.