ABŞ “İqlim sazişi”ndən rəsmi imtina etdi

Birləşmiş Ştatlar Paris iqlim razılaşmasından çıxmaq üçün rəsmi prosesə başlayıblar.

 
Bu barədə ABŞ dövlət katibi Maykl Pompeo açıqlama verib.

“Birləşmiş Ştatlar bu gün Paris sazişindən çıxma prosesinə başladı. Sazişin şərtlərinə görə, ABŞ Birləşmiş Millətlər Təşkilatına sazişdən çixmaq barəsində rəsmi bildiriş göndərdi", - açıqlamada bu deyilir.