“Brent”markalı neftlə bağlı PROQNOZ: 2020-ci ildə...

"Brent” markalı neftin qiyməti ilə bağlı 2019-cu il üçün proqnoz 63,37 dollar/bareldən 63,59 dollar/barelə yüksəldib.

RİA "Novosti” xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, 2020-ci il üçün "Brent” markalı neftin orta qiymət proqnozu 60,01 dollar/barel olaraq müəyyən edilib.

Hesabatda qeyd olunub ki, "WTI” markalı neft üçün 2019-cu ilin orta qiymət proqnozu 56,45 dollar, 2020-ci il üçün isə 54,06 dollar ehtimal edilir.

EIA hesab edir ki, 2020-ci ildə neftin qiyməti 2019-cu ilə nisbətən daha aşağı olacaq. Buna səbəb ilin ilk yarısında xam neftə olan tələbatın artması olacaq./publika.az