Türkiyə və daha üç milli komanda Avro-2020-də, Portuqaliyadan darmadağın

Bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində 9-cu tura start verilib.

A,B  və H qruplarını əhatə edən ilk oyun gününə 6 matç keçirilib. H qrupunda yer alan Türkiyə millisi öz meydanında İslandiya ilə qarşılaşıb. Oyunda qapılara qol vurulmayıb. Bununla da xallarını 20-ə çatdıran "ay-ulduzlular" və Fransa millisi Avro-2020-nin final mərhələsinə vəsiqəni təmin edib.

A qrupunda isə İngiltərə və Çexiya turnirin final mərhələsinə yüksəlib.

14 noyabr

 
A qrupu

23:45. İngiltərə - Monteneqro - 7:0
Qollar: Oksleyd-Çemberlen, 11, Keyn, 19, 24, 37, Reşford, 30, Sofranaç, 66-avtoqol, Abraham, 85

23:45. Çexiya – Kosovo - 2:1
Qollar: Nuhiu, 50 (0:1), Kral, 71 (1:1), 79 (2:1)

 

B qrupu

23:45. Serbiya – Lüksemburq - 3:2
Qollar: Mitroviç, 11 (1:0), 43 (2:0), Rodriqes, 54 (2:1), Radonyiç, 70 (3:1), Turpel, 75 (3:2)

23:45. Portuqaliya – Litva - 6:0
Qollar: Ronaldo, 7-pen, 22, 65, Pizzi, 52, Pasiensiya, 56, Silva, 63 


H qrupu

21:00. Türkiyə - İslandiya - 0:0

23:45. Albaniya – Andorra - 2:2
Qollar: Balay, 6 (1:0), Martines, 18 (1:1), 48 (1:2), Manay, 55 (2:2)

23:45. Fransa - Moldova - 2:1
Qollar: Rata, 9 (0:1), Varan, 35 (1:1), Jiru, 79-pen (2:1)