Alimlər Naska səhrasında yeni rəsmlər kəşf etdilər

Yaponiyanın Yamaqata universitetinin alimləri Cənubi Amerikada yerləşən Naska səhrasında 143 yeni geoglif aşkar ediblər.

“RİA Novosti” xəbər verir ki, rəsmlərdə heyvanlar və insana bənzər məxluqlar əks olunub.

Səhranın qərbində yerləşən yeni rəsmlər 3D analizi ilə müəyyən edilib.

 
Geogliflər e.ə.100-cü ildən b.e. 300-cü ilinə qədər tarixlənir.

Naska səhrasının rəsmləri XVI-cı əsrdə ispan işğalçıları tərəfindən aşkar edilib və “yol nişanları” kimi qeydə alınıb.