Co Bayden marixuana qadağasının əleyhinədir

Co Bayden ABŞ-da marixuananın dekriminallaşdırılmasına çağırış edib.

Demokratların prezidentliyə namizədi Co Bayden teledebat zamanı çıxışında bildirib:

 
“Düşünürəm ki, marixuananı dekriminallaşdırmaq lazımdır. Nöqtə. Bu faktla bağlı açılan cinayət işlərinə görə həbsdə olanlar azad edilməlidirlər”.

Xatırladaq ki, ABŞ-da növbəti Prezident seçkiləri 2020-ci ildə keçiriləcək.