Türkiyənin qərbində təbii qaz yatağı aşkarlanıb

Türkiyənin qərbində yerləşən Təkirdağ vilayətinin Muratlı rayonu ərazisində aparılan kəşfiyyat-qazma işləri başa çatıb.

2016-ci ildən qazıntısına başlanılan ərazidə ehtiyatı 286 milyard kubmetr olan təbii qaz yatağı aşkarlanıb. Bildirilir ki, kəşfiyyat-qazma işlərini Norveçin “Equinor” və Kanadanın “Valeura” şirkətləri həyata keçirib. İlkin hesablamaya görə, yataqda Türkiyənin 5 illik təbii qaz tələbatını ödəyə biləcək “mavi yanacaq” ehtiyatı var.

 

Sabir Şahtaxtı