TAP-ın Yunanıstan hissəsi qazla doldurulub

Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan hissəsi qazla doldurulub.

Trend bu barədə TAP konsorsiumuna istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, konsorsium noyabrın 25-də boru kəmərinin Yunanıstanda Evros çayı və Kipiy kompressor stansiyası arasındakı 2 kilometrlik sahəsini təbii qazla doldurmağa başlayıb.