SOCAR küləklə əlaqədar dənizdən 420 işçisini təxliyə edib

Ölkə ərazisində hava şəraitinin kəskinləşməsi ilə bağlı SOCAR 420 nəfər işçisini dənizdə yerləşən obyektlərdən sahilə təxliyə edib.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, təxliyə prosesinin təşkilində şirkət lazımı təhlükəsizlik tədbirlərini təmin edib.

hava şəraiti normallaşandan sonra şirkət əməkdaşları iş yerlərinə qaytarılacaq.