“WhatsApp” yeni funksiyasını işə saldı

“WhatsApp” messencerində tapşırıqlar yaratmağa və müvafiq xatırlatma əldə etməyə imkan verən yeni funksiya işə salınıb.

“RİA Novosti” xəbər verir ki, sözügedən funksiya Any.do xatırlatma xidməti ilə birgə yaradılıb.

 
“WhatsApp Reminders” (“WhatsApp xatırlatmaları”) adlanan funksiya messencer quraşdırılmış bütün cihazlarda ödənişli abunəliklə əldə edilə bilər.

Tapşırığın yaradılması üçün mütləq Any.do botuna xatırlatma vaxtının göstərilməsi ilə mesaj göndərilməlidir. Bununla yanaşı, avtomatik olaraq tapşırıqları yaratmaq üçün digər həmsöhbətlərdən alınan mesajları yönləndirmək mümkündür.