DGK-nin yanvar-noyabr üzrə büdcə daxilolmaları məlum olub

Bu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 4 006 341,24 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 23,2% çoxdur.

Yerveinsan.az-ın DGK-yə istinadən verdiyi məlumata görə, bu ilin 11 ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20,7% artaraq 998 823,44 min manat olub.

Həmçinin, cari ilin yanvar-noyabr ayları ərzində (ötən ilin eyni dövrü ilə müqayisədə) ƏDV üzrə daxilolmalar 23% artaraq 2 735 087,45 min manat, aksizlər üzrə 39,6% artaraq 230 853,18 min manat, yol vergisi üzrə daxilolmalar isə 13,8% artaraq 41 576,44 min manat təşkil edib.