Leonardo da Vinçiyə aid olduğu ehtimal edilən saçın DNT analizi aparılacaq

ABŞ-da dünya şöhrətli rəssam Leonardo da Vinçiyə aid olduğu ehtimal edilən saçın DNT analizi aparılacaq.

Bu barədə ABŞ-da müvafiq araşdırma aparan iki italyan eksperti məlumat yayıb.

Bildirilib ki, aşkar olunan saçın yaxın vaxtlarda DNT analizi aparılması üçün aidiyyəti üzrə təhvil veriləcək.

Mütəxəssislər tapıntının dahi rəssamın ölümünün 500-cü ildönümü günü mayın 2-də, Florensiya yaxınlığında yerləşən Vinçi şəhərində təşkil ediləcək mətbuat konfransında ictimaiyyətə təqdim olunacağını bildiriblər.

“Bu tarixi tapıntı uzun müddət ABŞ-da kolleksiyada gizli saxlanılıb. Aşkar edilən saç dəstəsi ilk dəfə olaraq rəssamın qədim fransız mənşəli olduğunu təsdiq edən sənədlərlə birgə nümayiş olunacaq,” - deyə məlumatda qeyd olunub.

 

Asiman Əsədov