Lavrovdan ABŞ-a XƏBƏRDARLIQ: Ən ağır nəticələr verəcək

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Maykl Pompeo telefon söhbəti edib.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Rusiyanın xarici siyasət idarəsinin saytında bildirilir.

Tərəflər Venesueladakı son vəziyyəti və Birləşmiş Ştatlar tərəfindən dəstəklənən müxalifətin dövlət çevrilişinə cəhdini müzakirə ediblər.

"Rusiya tərəfindən vurğulandı ki, Vaşinqtonun suveren dövlətin daxili işlərinə müdaxiləsi, onun rəhbərliyin ünvanına təhdidlər beynəlxalq hüququn kobud pozuntusudur. Göstərilib ki, təcavüzkar addımların davam etdirilməsi ən ağır nəticələr verə bilər”, - xəbərdə deyilir.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətiinin məlumatina görə, Pompeo Rusiyanı Nikolas Maduroya dəstəyi dayandırmağa və Venesuela xalqının gözəl gələcəyi üçün çalışan digər ölkələrə qoşulmağa çağırıb./publika.az