"Neftçi"nin sonuncu rəqibi də müəyyənləşdi

"Neftçi”nin yanvarın 11-dən 25-dək Türkiyənin Antalya şəhərindəki Manavqat bölgəsindəki təlim-məşq toplanışındakı sonuncu rəqibi müəyyənləşib.

Komanda yanvarın 24-ü "Emirhan Sports Complex Side”ın stadionunda Ukraynan "Desna”sı ilə qarşılaşacaq.

 
Xatırladaq ki, qardaş ölkədəki hazırlıq prosesində 3 yoxlama görüşü keçirməyi planlaşdıran "Neftçi” yanvarın 15-i Polşanın "LKS Lodz”, 20-si isə Ukraynanın "Dinamo” (Kiyev) klubu ilə də üz-üzə gələcək.