Vaşinqtonda “Müharibəyə yox!” şüarları səsləndi

Vaşinqton və Nyu-York küçələrinə çıxan minlərlə nümayişçi ABŞ rəhbərliyindən İrana qarşı gərginliyə son qoymağı və münaqişənin diplomatik yolla həll edilməsi barədə tələblər irəli sürüblər.

“RİA Novosti” agentliyi xəbər verir ki, “Müharibəyə yox!” şüarı səsləndirən fəallar ABŞ bayrağını tərs tutaraq həbsxanada geyinilən narıncı paltarlarda Konqresin binası önünə yürüş ediblər.

 
Nyu-Yorkda isə sülh tərəfdarları Manhetten Bələdiyyəsi binası önünə yığışaraq müharibə əleyhinə şüarlar səsləndiriblər.

Pasifizm (zorakılıq və müharibə əleyhinə olan hərəkat - red) tərəfdarları ölkə boyu aksiyalarını davam etdirəcəklərini bildiriblər.