Akademiya şəhərciyinə yeni müdir təyin edilib


AMEA-nın Akademiya şəhərciyinin müdiri  Bayram Babayev öz xahişi ilə tutduğu vəzifədən azad olunub. Qurumun müdiri vəzifəsinə iqtisad üzrə fəlsəfə doktoru Pərviz Həsənov təyin edilib. Bu haqda qərarlar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.

Qeyd edək ki, Pərviz Həsənov daha öncə AMEA İqtisadiyyat İnstitutunun Həyat səviyyəsinin sosial-iqtisadi prolemləri şöbəsinin rəhbəri vəzifəsində çalışırdı.