Gəncədə yaşıllıqların məhvinə göz yumulur-VİDEO

Bu gün Azərbaycanda yaşıllıqların qorunmasına niyə normal diqqət ayrılmır?
Dəfələrlə prezident İlham Əliyev keçirdiyi müşavirə və toplantılarda ölkəmizin mövcud ekoloji vəziyyətindən danışıb və ekoloji tarzlığın qorunması üçün xüsusi tapşırıqlar verib.Amma,nədənsə aidiyyatı qurumlar öz vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilmir,hətta ciddi sui-istifadə hallarına yol verirlər.
Kanal32.az bildirir ki,”dunyaninsesi” Gəncədə təbiətə qarşı “yaşıl  soyqrım” edilməsini özündə əks etdirən  video və fotofaktlar əldə edib.
Hadisə Gəncə şəhəri, Bağbanlar qəsəbəsi ərazisində yerləşən 2 saylı tam orta məktəbinin ərazisində baş verib.Əməkdaşımız ağacların “qətliamı” törədilən yerdə bu cinayət hadisəsini anbaan foto və video lentə alıb.

Araşdırma zamanı məlum olub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razlığı olmadan sözügedən məktəbin  1 ha ərazisində köküstü yaş halda 40 ədəd çoxillik  Eldar şamı, Çinar və digər növ ağacların tikinti aparan podaratçı şirkət  tərəfindən  qanunsuz  məhv edilib.Təqdim etdiyimiz fotokadrlarda kəsilmiş ağacları  “Kamaz” markalı 21 BX 542 dövlət nömrə nişanlı yük maşını daşıyır.Sürücü və təşkilatçı kəsilmiş ağacları gizlətmək üçün ağacların  üzərinə torpaq töküb apararkən Gəncə Baş Polis İdarəsinin ərazidə xidmət aparan post-patrul xidməti tərəfindən saxlanılaraq Nizami rayon Polis şöbəsinə aparılıb..
Yeri gəlmişkən, Gəncədə ağacların qanunsuz kəsilməsi və köçürülməsi məsələsinə ilk dəfə rast gəlinmir.Xüsusi ilə sabiq icra başçısı Elmar Vəliyevin dönəmində  şəhərin  müxtəlif ərazilərində analoji özbaşınalıqlar qeydə alınıb.Bir çox ərazidə yaşılıqların məhvi varlı şəxslərin özlərinə biznes obyektləri və evlərin tikilməsinə  şərait yaradıb.
Əldə etdiyimiz məlumata görə, sözügedən ərazi 2 saylı tam orta məktəbin yeni binası üçün nəzərdə tutulub.Ümid edirik ki,indiki icra başçısı Niyazi Bayramov məsələdən xəbədardır və  Ekologiya və Təbii Sərvətlər idarəsi ilə  birlikdə yaşıllıq zonalarının maksimum qorunmasına çalışacaqlar.
Redaksiya olaraq xəbərdə yer alan qurum və təşkilatların mövqeyini öyrənib dərc etməyə calışacağıq.