Azərbaycana yaz fəsli daxil oldu

Bu gün saat 07:49:36-da Azərbaycana yaz fəsli daxil olub.

AMEA Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşir.

 
Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan şimal yarım kürəsində yaz fəsli başlayacaq.