Rusiyada koronavirusa daha 71 yoluxma halı aşkarlanıb

Rusiyada ötən sutka ərzində koronavirusa 71 yoluxma halı qeydə alınıb.

Bu barədə Baş Nazir Mixail Mişustin məlumat verib.

Beləliklə, Rusiyada COVID-19 infeksiyasına yoluxmuş xəstələrin sayı 437 nəfərə çatıb. İndiyədək 16 xəstə sağalıb, 52 min nəfər nəzarət altındadır.