Koronavirusa yoluxanların sayı 400 min nəfəri keçib

Dünyada yeni növ koronavirusa yoluxanların ümumi sayı altı gündə iki dəfə artaraq 400 mini keçib.

Trend-in "TASS"-a istinadən verdiyi məlumata görə, bu barədə xəstələnmə hallarının qeyd edildiyi ölkələrdə hakimiyyət və mütəxəssislərin rəsmi açıqlamaları əsasında toplanan statistika məlumatlarında deyilir.

Martın 23-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adan Qebreyesus tərəfindən xəbərdar edildiyi kimi, pandemiyanın yayılması sürətlənir. Bu qurumun verdiyi məlumata görə, dünyada ümumilikdə 334981 nəfər yoluxub, onlardan 4,37 faizi (14652 nəfər) ölüb. ÜST statistikası, ərazilərində koronavirusun qeydə alındığı dövlətlərin hakimiyyət orqanlarının açıqlamalarından bir qədər geri qalır.

 
Belə ki, son ümumi məlumatlara görə, dünyada 403868 nəfər artıq yoluxub, onlardan 4.51 faizi (18221 nəfər) vəfat edib.

Hal hazırda yoluxma halları 150-dən çox ölkədə qeydə alınıb. Orada dünya əhalisinin 75% -dən çoxu yaşayır.