Mərkəzi Bank: Bugünkü hərracda tələb 67,2 milyon dollar olub

Aprelin 7-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən  bildirilib ki, hərracda tələb 67,2 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.