Çinin Vuhan şəhərində COVID-19 xəstələrinin sayı yenidən artmağa başlayıb

Materik Çində son 24 saat ərzində 17 yeni koronavirusa yoluxma və xəstəliyin sipmtomsuz keçməsinin 12 faktı qeydə alınıb.

Bu barədə Çin Dövlət Səhiyyə Komitəsi bildirib.

Yeni xəstələnənlərdən 10-nu ölkə daxilində yoluxub, beş nəfəri isə Hubey vilayətində. Vilayətinin Sağlamlıq Komitəsi, aydınlaşdırdı ki, COVID-19 ilə əlaqəli beş yeni faktı keçən ilin dekabr ayında koronavirusun ilk yayıldığı Vuhan şəhərində aşkar edilib. Beləliklə, Vuhanda aktiv formada yoluxanların sayı 6 nəfərə çatıb, onların hamısı xəstəxanadadır.

 
Simptomsuz keçən bütün 12 yoluxma faktı ölkə daxilində qeydə alınıb, koronavirusun 780 asemptomatik daşıyıcısı tibbi nəzarətdədir.

Ölkədə sutka ərzində koronavirusla əlaqəli ölüm faktı qeydə alınmayıb.\\Trend