Roma Papası irqçilik və millətçiliyin təbliğinə qarşı olduğunu bildirib
Roma Papası Frensisk Vatikanda “Xalq, dövlət, milli dövlət” mövzusuna həsr olunmuş Papa Elmlər Akademiyasındakı tədbirdə irqçilik və millətçiliyin təbliğinə qarşı olduğunu söyləyib.
Papa Frensisk ümumi rifaha əngəl törədən millətçiliyi, eyni zamanda, irqçiliyi və antisemitizmi pisləyib.
O, həmçinin dövlət orqanlarını miqrant axınlarını səmərəli surətdə nizama salaraq, onların müdafiəsinə və səmimiyyətlə qəbuluna çağırıb.
Papa miqrantları qəbul etməyib, onlara qarşı maneə yaradanları da pisləyib.
Asiman Əsədov

