Gürcüstanda COVID-19 virusuna yoluxanların sayı 695 nəfərə çatıb

Son sutka ərzində Gürcüstanda daha 12 nəfər koronavirusa yoluxub. Bununla da Gürcüstanda COVID-19 virusuna yoluxanların sayı 695 nəfərə çatıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi stopcov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, indiyədək ölkədə COVID-19 virus infeksiyasından 425 nəfər sağalıb, 12 nəfər isə vəfat edib.

Hazırda Gürcüstanda 3822 nəfər karantində, 360 nəfər isə stasionar nəzarətdə saxlanılır.