Bayden Vaşinqtondakı iğtişaşlara Trampın səbəb olduğunu bildirib
ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden Vaşinqtonda baş verən iğtişaşlara Donald Trampın səbəb olduğu bildirib.
"TASS"ın verdiyi məlumata görə, bu barədə C.Bayden iğtişaşları şərh edərkən deyib.
C.Bayden iğtişaşçıları daxili terrorçular adlandırıb: "Onları etiraz aksiyasının iştirakçıları adlandırmayın. Onlar üsyançı dəstə, qiyamçılar, daxili terrorçulardır. Bunu gözləyə bilməzdik demək istərdim, lakin gözləyə bilərdik".
Onun sözlərinə görə, D.Tramp kütləni Konqresə hücum etməyə təhrik edirdi, baş verənlər D.Trampın demokratiyaya hücumunun nəticəsidir.//trend