ABŞ-ın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb

ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı məlum açıqlamasına görə, bu ölkənin Ankaradakı səfiri David Satterfield Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

 Türkiyənin Xarici İşlər Nazirliyi xəbər verir ki, ABŞ səfiri Türkiyənin nazir müavini Sedat Önal tərəfindən qəbul edilib və məlum açıqlamaya görə rəsmi Ankaranın kəskin reaksiyası diplomatik nümayəndəliyin rəhbərinin diqqətinə çatdırılıb.

Tarixi və hüquqi baxımdan heç bir əsası olmayan açıqlamanın qəbul edilməzliyi, bütünlüklə rədd edilməsi və ən sərt şəkildə qınanıldığı ifadə edilib.

Məlum açıqlamanın beynəlxalq hüquq baxımından hökmsüzlüyü, eləcə də türk xalqını dərindən incitdiyi və münasibətlərə zədə vurduğu qeyd olunub.