Nikol Paşinyan Ermənistanın Baş naziri vəzifəsindən istefa etdiyini açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərində iştirak etmək üçün vəzifəsindən istefa verdiyini açıqlayıb.
Yerveinsan.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, buna baxmayaraq, o, iyunun 20-nə təyin edilmiş səsverməyə qədər Nazirlər Kabinetinə rəhbərlik edəcək.
Qeyd edək ki, Paşinyan seçkilərə “Vətəndaş müqaviləsi” partiyasının namizədi kimi qatılacaq.