Dünyada ötən sutka koronavirusa 638 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 638 mindən çox artıb.

"TASS"ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 638 247 nəfər yeni koronavirusa yoluxub, 11 335 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 164 523 894, ölənlərin isə 3 412 032 nəfərə çatıb.

 
Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 32 676 954 nəfər. Siyahıda daha sonra Hindistan (25 772 440), Braziliya (15 732 836), Fransa (5 820 918), Rusiya (4 974 908), Böyük Britaniya (4 452 531), İtaliya (4 172 525), İspaniya (3 626 393), Almaniya (3 619 848) və Argentina (3 371 508) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.