Son sutka ərzində 12 mindən çox insan koronavirusdan həyatını itirib

Bu günədək dünyada COVID-19-a yoluxanların sayı 166,34 milyon nəfəri ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 166 346 635 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 3 449 117 insan həyatını itirib.

Son sutka ərzində dünyada COVID-19-a yoluxanların sayı, 563 692, infeksiyadan ölənlərin sayı isə 12 457 nəfər təşkil edib.