Aİ-nin xüsusi nümayəndəsi Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməsini alqışlayıb

Avropa İttifaqının (Aİ) Cənubi QafqazGürcüstandakı böhran üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Ermənistanın Azərbaycanın FüzuliZəngilan rayonlarında 92 min mina xəritəsini 15 saxlanılan erməninin təhvil verilməsi müqabilində təqdim etməsini alqışlayıb.

Bu barədə T.Klaar öz "Twitter" səhifəsində yazıb.

Xüsusi nümayəndə bildirib ki, Bakıda və Yerevandan əla xəbərlər var. O saxlanılan ermənilərin buraxılmasını yaxşı hal kimi qiymətləndirib: “Azərbaycana isə vacib olan mina xəritələri təqdim edilib”.//Trend