Fransa Azərbaycan, Ermənistan və Avropa Şurası arasında üçtərəfli görüşün nəticələrini alqışlayır - XİN

Fransa mayın 22-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüşün nəticələrini alqışlayır.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Bundan əlavə, Fransa tərəfi Aİ-nin himayəsi altında Ermənistan və Azərbaycan arasında dialoqu dəstəklədiyini bir daha təsdiqləyərək, bu dialoqa öz töhfəsini verəcəyini bəyan edib.//Trend